Qətəri boykot edən ölkələr beynəlxalq qanunları pozublar
Bir qətərli politoloq deyib ki, Qətəri boykot edən ölkələr beynəlxalq qanunları pozublar.
Əli Əlhil Muhəmməd Mubarək cümə günü BBC telekanalı ilə müsahibədə Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin Qətərlə böhranı barədəki sualları cavablandırıb. O, "ekspertlər proqnoz edirdilər ki, bu böhranın şiddəti azalacaq, lakin deyəsən, bu böhran daha da pisləşəcək və Qətərə qarşı daha çox sanksiyalar tətbiq olunacaqdır." sualına cavabda belə deyib: Təəssüflər olsun ki, bu böhranın müxtəlif miqyasları var. Qətəri sanksiya etmiş ölkələrin iclası sabah Bəhreyndə keçirilməldir. Qətər bu böhrandan öncə Bəhreynə bir milyard dollarlıq yardım etmişdi və bu ölkə Qətərin köməklərinə yaxşı cavab verdi. Mən Qətər xalqının adından Bəhreyn dövlətindən istəyirəm, bu bir milyard dollarlıq yardımı Qətər xalqının xəzinəsinə qaytarsın ki, bu xalq bu ehtiyatlardan istifadə etsin.
Qətəri sanksiya etmiş ölkələr səkkiz gün bundan öncə Qahirədə keçirdikləri iclasda uğursuz qaldılar. Belə ki, Amerika prezidenti Donald Tramp özünün misirli həmkarı ilə telefon danışığında ondan istəyibdir ki, Qətəri sanksiya etmiş dörd ölkə bu ölkəyə qarşı heç bir hərəkətə əl atmasın. Bu gün bu ölkələr öz abırlarını qorumaq üçün Bəhreyndə digər bir iclas keçirmək istəyirlər. Bəhreyn iclası simvolik bir görüşdür. Bu böhran köhnəldikcə Qətəri sanksiya etmiş ölkələrin xarici işlər nazirləri öz mövqelərindən geri çəkilirlər. Bu ölkələrin Qətər barədə olan mövqelərində aşkar ziddiyyət mövcuddur.