İyul 30, 2017 19:56 Asia/Baku
  • Netanyahu müasir dövrün ən böyük canisidir
    Netanyahu müasir dövrün ən böyük canisidir

Fələstinli Əsirlərin Məsələləri Mərkəzinin direktoru deyib ki, sionist rejimin baş naziri Benyamin Netanyahu müasir dövrün ən böyük canisidir.

Əlaləm telekanalının məlumatına görə, Fələstinli Əsirlərin Məsələləri Mərkəzinin direktoru İsa Qəraqə deyib: İsrail rejimi hələ də hərbi cinayətlər törədir və özünün cinayətkar amillərinə toxunulmazlıq verir.

Fələstinli Əsirlərin Məsələləri Mərkəzinin direktoru söyləyib: Sionist rejim hətta öz hərbçilərinin cinayətləri barədə insaflı təhqiqatlara belə başlamır, əksinə bu canilərin vəhşilikləri ilə fəxr edir və onların barəsində ya yüngül məhkəmə hökmləri çıxarır, ya da ki, onlara bəraət qazandırır.

Qəraqə əlavə edib: Netanyahunun nazirlər kabineti fəaliyyətə başladığı zamandan bəri işğal olunmuş Fələstində ən çox hərbi və bəşəriyyətə zidd cinayətlər törədibdir ki, Qəzzə fələstinlilərinin 2014-cü ildə qırğın olunmaları bu cinayətlərdən biridir.

Teqlər