Yəmən İnqilab Komitəsi haram aylarda atəşkəs tətbiq olunmasını istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278148-yəmən_İnqilab_komitəsi_haram_aylarda_atəşkəs_tətbiq_olunmasını_istədi
Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Səudiyyə Ərəbistanından haram aylarda və Həcc mərasiminin keçirildiyi dövrdə Yəmənin bütün bölgələrində qarşıdurmaları dayandırmaqla razılaşmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 09:22 Asia/Baku
  • Yəmən İnqilab Komitəsi haram aylarda atəşkəs tətbiq olunmasını istədi
    Yəmən İnqilab Komitəsi haram aylarda atəşkəs tətbiq olunmasını istədi

Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Səudiyyə Ərəbistanından haram aylarda və Həcc mərasiminin keçirildiyi dövrdə Yəmənin bütün bölgələrində qarşıdurmaları dayandırmaqla razılaşmasını istəyib.

Əl-Aləm televiziyasının məlumatına görə, Məhəmməd Əli əl-Husi bildirib: Haram aylarda savaşmaq haramdır, təcavüzü uzaqlaşdırmaq üçün savaş istisna olmaqla. 

O Ərəbistandan atəşkəs razılaşmasını imzalamsını istəyib. Atəşkəs razılaşmasında Yəmənin mühasirəsinə son qoyulması, həmçinin yəmənli hacıların Həcc mərasimində iştirak etməsi nəzərdə tutulub. 

Məhəmməd Əli əl-Husi əlavə edib: Ərəbistan Yəmənə qarşı bu müharibəni başladıb və əsassız bəhanələrə söykənərək bu müharibənin dayandırılması və atəşkəsə sadiq qalmasını rədd edib. 

Yəmənli hacıların Ərəbistana səfərinə qadağa, Yəmənin mühasirəsi və onunla əlaqədar mənfi nəticələrdə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığını bildirən Məhəmməd əl-Husi aclıq və bəzi yoluxucu xəstəliklərin yayılmasını Yəmənin mühasirəsinin mənfi nəticələrinin bir hissəsi adlandırıb.