Həniyyə: Əl-Əqsa məscidinin müdafiəsi üçün İsraillə mübarizə davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278150-həniyyə_Əl_Əqsa_məscidinin_müdafiəsi_üçün_İsraillə_mübarizə_davam_edir
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri bildirib: Əl-Əqsa məscidi və Qüdsün müdafiəsi və işğalçılıqla qarşılaşmaq üçün fələstinlilərin sionist rejimlə mübarizəsi davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 10:59 Asia/Baku
  • HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə
    HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri bildirib: Əl-Əqsa məscidi və Qüdsün müdafiəsi və işğalçılıqla qarşılaşmaq üçün fələstinlilərin sionist rejimlə mübarizəsi davam edir.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə şənbə günü İstanbulda Qüds və əl-Əqsa məscidinə dəstək üzrə Türkiyə vətəndaşlarının irimiqyaslı aksiyası ilə tele-körpü ilə əlaqədə deyib: Qüds şəhəri dünya müsəlmanlarının siyasi, ictimai və maddi dəstəklərinə ehtiyaclıdır. 

HƏMAS-ın siyasi bürösunun rəhbəri Qüds və Fələstinin digər bölgələri sakinlərinin sionist rejimlə mübarizəsinin sona çatmadığını bəyan edib: Bu rejimin Fələstin diyarındakı mövcudluğu ümumiyyətlə batil və rədd olunmuşdur. 

Şənbə günü minlərlə Türkiyə vətəndaşı Qüds və müsəlmanların ilk qibləsinə dəstək üzrə İstanbul şəhərində irimiqyaslı aksiya keçirib. 

Əl-Əqsa məscidi ilə əlaqədar son hadisələr və fələstinlilərlə sionist hərbçilər arasındakı qarşıdurmalar nəticəsində 17 nəfər şəhid olub, 1400 nəfər yaralanıb.