Səudiyyəli hərbçilərin əl-Əvamiyyəyə hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278212-səudiyyəli_hərbçilərin_əl_Əvamiyyəyə_hücumları_davam_edir
Kütləvi İnformasiya Vasitələri Səudiyyə Ərəbistanının şərqində əl-Şərqiyyə vilayətinin əl-Əvamiyyə şəhərinin bütün məhəllələrinin Ali-Səud hərbçilərinin hücumuna məruz qaldığını və bu arada yaşayış massivləri, mağazalar və məscidlər arasında hücumlar üçün fərqin olmadığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2017 15:52 Asia/Baku
  • Səudiyyəli hərbçilərin əl-Əvamiyyəyə hücumları davam edir
    Səudiyyəli hərbçilərin əl-Əvamiyyəyə hücumları davam edir

Kütləvi İnformasiya Vasitələri Səudiyyə Ərəbistanının şərqində əl-Şərqiyyə vilayətinin əl-Əvamiyyə şəhərinin bütün məhəllələrinin Ali-Səud hərbçilərinin hücumuna məruz qaldığını və bu arada yaşayış massivləri, mağazalar və məscidlər arasında hücumlar üçün fərqin olmadığını bildiriblər.

Nəbə televiziyasının məlumatına görə, səudiyyəli hərbçilərin əl-Əvamiyyəyə hücumları 82-ci gününə daxil olub. Ali-Səud hərbçiləri hərbi və zirehli avtomobil və tankla əl-Əvamiyyəyə daxil olub, Şükrulla məhəlləsində bir vətəndaşı yaralayıb və əl-Nasirə məhəlləsində 3 gənci də oğurlayıb.

Bu arada səudiyyəli hərbçilərin məktəblərin üzərindən vətəndaşların mənzilinə doğru atəş açmalarının kadrlarının yayılması mediada qalmaqal yaradıb.