Onlarla sionist Məscidül-Əqsaya hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278290-onlarla_sionist_məscidül_Əqsaya_hücum_edib
Məscidül-Əqsada məhdudiyyətlərin davamında bu məscid bir daha sionist qəsəbə sakinləri tərəfindən hörmətsizliyə məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 14:22 Asia/Baku
  • Onlarla sionist Məscidül-Əqsaya hücum edib
    Onlarla sionist Məscidül-Əqsaya hücum edib

Məscidül-Əqsada məhdudiyyətlərin davamında bu məscid bir daha sionist qəsəbə sakinləri tərəfindən hörmətsizliyə məruz qalıb.

İRİB-in verdiyi məlumata görə, onlarla sionist qəsəbə sakini bu gün "Süleymanın məbədinin dağılması" iddiasının ildönümü günü adlandırdıqları münasibəti ilə sionist hərbçilərin dəstəyi altında Məscidül-Əqsaya hücum ediblər. 

Sionist işğalçılar sionist qəsəbə sakinlərinin mərasimlər keçirmələri üçün fələstinli namaz qılanların Məscidül-Əqsaya daxil olmalarına imkan verməyiblər.

Eyni zamanda xəbər mənbələri İsrail rejiminin işğal olunmuş Qüdsün sakinlərindən intiqam əməliyyatından xəbər veriblər. Onlar Məscidül-Əqsanın mühasirəyə alınmasında uğursuz qaldıqdan sonra çoxlu sayda fələstinlini həbs ediblər. 

Sionist hərbçilər 2017-ci il 14 iyuldan Məscidül-Əqsaya qırışə qadağalar tətbiq etdilər. Fələstinlilər tərəfindən və beynəlxalq səviyyədə geniş etirazların ardınca sionis rejim məscidin girişlərində metal dedektorları yığışdırmalı oldular.