Hərat partlayışında 30 nəfər şəhid olub
-
Hərat partlayışında 30 nəfər şəhid olub
Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən bir məsciddə namazqılanlara qarşı kamikadze hücumunda azı 30 nəfər şəhid olub.
Yerli mənbələr bildiriblər ki, hücumçular öncə namazqılanlara tərəf atəş açıb, sonra isə intihar gödəkçələrilə özlərini insanlar arasında partladıblar.
Əfqanıstandakı xəstəxana mənbələri bu terror hərəkətində yaralananların sayını azı əlli nəfər elan və qeyd ediblər ki, şəhidlər və yaralılar arasında uşaqlar da nəzərə çarpır.
Həratın Bəkrabad meydanında yerləşən Cəvadiyyə məscidinə hücum edən şəxslərin sayı məlum olmayıb, lakin bəzi mənbələr müşahidəçilərə istinadla xəbər veriblər ki, azı üç nəfər çərşənbə axşamı günü gecə vaxtı öncə namazqılanlara tərəf atəş açıb, sonra daha iki nəfər partlayış gödəkçələri ilə əldəqayırma qumbaralar ataraq, özünü partladıbdır.