Sionist qəsəbə sakinləri yenidən Məsciduləqsaya basqın ediblər
Məsciduləqsadakı çaxnaşmaların davamında yüzlərlə sionist qəsəbə sakini bir daha bu məscidə basqın edibdir.
IRNA-nın məlumatına görə, bu gün səhər tezdən 870 sionist qəsəbə sakini onların "saxta Süleyman məbədinin dağıdılması" adlandırdıqları hadisənin ildönümündə Məsciduləqsada maksimum sionist qəsəbə sakininin iştirakı üzrə tələbin ardınca bu mübarək məscidə basqın edib.
Sionist hərbçilər Beytulmuqəddəsdə, xüsusən işğal olunmuş Qüdsün qədim məntəqəsində güclü təhlükəsizlik tədbirləri görərək, bu şəhəri qarnizona çevirib və rasist şüarlar verən sionist qəsəbə sakinlərinin hərəkətini asanlaşdırmaq üçün şərait yaradıblar.
Dünən günortadan sonra da 209 sionist qəsəbə sakini Məsciduləqsaya basqın etmişdi.
Belə bir halda, Qüds Beynəlxalq Mərkəzinin direktoru Həsən Xatir bildirib: Sionistlər üç gün dalbadal Məsciduləqsada olublar. Onlar bu müddət ərzində Məsciduləqsaya, eləcə də şəriət məhkəmələrinə və mülklərə aid olan sənədləri oğurlayıblar.