Talibanın Hərat partlayışında müdaxiləsi olmayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278394-talibanın_hərat_partlayışında_müdaxiləsi_olmayıb
Taliban Əfqanıstanın Hərat şəhərindəki şiə məscidinə qarşı hücumu rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 02, 2017 09:32 Asia/Baku
  • Talibanın Hərat partlayışında müdaxiləsi olmayıb
    Talibanın Hərat partlayışında müdaxiləsi olmayıb

Taliban Əfqanıstanın Hərat şəhərindəki şiə məscidinə qarşı hücumu rədd edib.

Təsnim xəbər agentliyinin məlumatına görə, Taliban bu gün səhər bir bəyanat yayaraq bildirib ki, bu qrupun Əfqanıstanın qərbindəki Hərat şəhərində yerləşən şiələrin Cəvadiyyə məscidində törədilmiş partlayışda əli olmayıbdır.

Bir terrorçu dünən Əfqanıstanın Hərat şəhərində yerləşən şiələrin ən böyük məscidinə qarşı terror hücumu ilə özünü partlatmazdan öncə namazqılanları atəşə tutubdur.

Bu hücumda azı qırx namazqılan şəhid olub, altmış nəfər də yaralanıbdır.