Minlərlə efiopiyalı Ərəbistandan qovuldu
Avq 02, 2017 13:27 Asia/Baku
-
Minlərlə efiopiyalı Ərəbistandan qovuldu
Maliyyə problemlərinə görə, Səudiyyə Ərəbistanı minlərlə efiopiyalı işçini bu ölkədən qovub.
France 24 televiziyasının məlumatına görə, səudiyyə rejimi əcnəbi işçilərin ölkədən çıxarılması layihəsini icra edir. Belə ki, minlərlə əcnəbi işçi Ərəbistandan qovulmuşdur.
Səudiyyə Ərəbistanı rəsmilərinin dediyinə görə, bu ölkədə 400 min qeyri-qanuni işçi fəaliyyət göstərir.
Beynəlxalq insan haqları təşkilatları Fars körfəzinin ətrafındakı ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanını yanlış davranış qaydasına görə tənqid ediblər. Ərəbistanın Statistika Mərkəzi yenilərdə bildirib: Bu ölkədə 906 mindən çox şəxs işsizdir. Onların yarısını universitetləri bitirən məzunlar təşkil edir.
Teqlər