Terrorçular Ərsal yüksəkliklərindən çıxırlar
-
Terrorçular Ərsal yüksəkliklərindən çıxırlar
Ən-Nüsrə Cəbhəsi terror qruplaşması Livanın şimalında Ərsal yüksəkliklərindən geri çəkilməkdə və ərazini tərk etməkdədirlər. Belə ki, terrorçular Vadi Həmid və əl-Məlahi bölgələrində öz qərargahlarını yandırıblar.
İRNA-nın Müqavimət İnformasiya portalına istinadla verdiyi məlumata görə, Ən-Nüsrə Cəbhəsi terror qruplaşması bu bazalarda heç bir sənəd və faktın qalmamasına görə, çərşənbə günü əl-Məlahi şose yolunda yerləşən əl-Batun düşərgəsindəki əsas bina və əsas qərargahı yandırıb.
Ötən günlər ərzində, Ən-Nüsrə Cəbhəsi ünsürlərinin azad edilmiş Ərsal yüksəkliklərindən qaçmasından sonra, müqavimət qüvvələri Ən-Nüsrə Cəbhəsi terror qrupunun başçısı Əbu Malik əl-Təlinin qərargahı və istirahət məkanına daxil olublar. Bu qərargahda Ən-Nüsrə Cəbhəsi ünsürləri qəfildən qaçdıqlarına görə, bir çox şəxsi əşyaları və hərbi vasitələri atıb-getmişdilər.
Sayları 9 min nəfərə çatan Ən-Nüsrə Cəbhəsi ünsürlərinin Livanın Vadi Həmid bölgəsindən Suriyanın İdlib vilayətinə yerlərini dəyişməsi və nəql olunması prosesi bu gündən başlanıb.
Ərsal yüksəkliklərində Hizbullahla Ən-Nüsrə Cəbhəsi terror qruplaşması arasında atəşkəsin ilk etapı ötən bazar günü 5 Hizbullah şəhidi və 9 Ən-Nüsrə Cəbhəsi ünsürünün mübadiləsi ilə həyata keçirildi.
Atəşkəsin ikinci etapı da 8 Hizbullah əsirinin azad olunması qarşılığında bu qruplşamanın ünsürlərinin Suriyaya nəql olunması ilə həyata keçirilir.