Avq 03, 2017 14:08 Asia/Baku
  • Fələstinli şəhidlərin ailələrinin əmlakı müsadirə olunub
    Fələstinli şəhidlərin ailələrinin əmlakı müsadirə olunub

Sionist rejim ordusu bildirib ki, fələstinli şəhidlərin ailələrinin əmlakının müsadirə olunması prosesini sürətləndirəcəkdir.

Qüds xəbər agentliyinin məlumatına görə, sionist rejim ordusu bir bəyanatda bildirib: Övladları anti-sionist əməliyyatlarda şəhid olmuş fələstinli ailələrin dəyərli əmlakının müsadirə olunması prosesi sürətlənəcəkdir.

Sionist rejim ordusu bu bəyanatda vurğulayıb ki, 2017-ci ilin əvvəlindən bəri şəhid Tariq Ədis və şəhid Suhəyb Muşahirətin ailələri kimi fələstinli şəhid ailələrinin əmlak və maliyyələrindən təqribən 36 min dollar müsadirə edibdir.

Sionist rejim nəinki bu ailələrin pullarını müsadirə etməklə kifayətlənmir, həm də onların nəqliyyat vasitələrini də oğurlayır.

Bundan öncə də sionist rejimin baş naziri Benyamin Netanyahu fələstinli şəhidlərin ailələri ilə sərt rəftarın edilməsini istəmişdi.

Qüds araşdırma müəssisəsi bildiribdir ki, Qüds intifazəsinin başlanmasından bəri 330-dan yuxarı fələstinli şəhid olubdur.

Qüds intifazəsi sionist hərbçilərlə sionist qəsəbə sakinlərinin başda Məsciduləqsa olmaqla Fələstinin islami müqəddəslərinə qarşı təcavüzlərinin şiddətlənməsinə etiraz olaraq, 2015-ci il oktyabrın birində formalaşdı.

Teqlər