Avq 03, 2017 19:45 Asia/Baku
  • Cibhətunnusrə terrorçularının Livan sərhədlərində iştirakı bitdi
    Cibhətunnusrə terrorçularının Livan sərhədlərində iştirakı bitdi

Livanın müqavimət qüvvələrinin əməliyyat otağı Livanın bütün sərhədlərinin Cibhətunnusrə terror qrupundan təmizlənməsindən xəbər verib.

Fars xəbər agentliyinin məlumatına görə, Livanın müqavimət qüvvələrinin əməliyyat otağı bu gün Ərsal yüksəkliklərinin Cibhətunnusrə terrorçularından təmizlənməsi münasibətilə yaydığı bəyanatda belə qeyd edib: Qərbi Qələmunda yerləşən Fəlitə və Ərsal yüksəkliklərinin təmizlənməsi bu terror qrupu tərəfindən Livanın şərq sərhədlərinin hərbi cəhətdən təhdid olunmasını aradan götürdü.

Livanın müqavimət qüvvələrinin əməliyyat otağı bu bəyanatda əlavə edibdir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın terrorçu və təkfirçi təhdidi ilə mübarizə üçün tələb edəcəyi hər cür əməliyyata hazırdır.

Təqribən üç il İŞİD və Cibhətunnusrə terrorçularının işğalı altında olmuş Suriyanın Qərbi Qələmun və Livanın Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı 2017-ci ilin 21 iyulundan başlanıb və Livanın müqavimət qüvvələri terrorçuların işğalı altında olan əraziləri azad etməyə müvəffəq olublar.

Bu əməliyyatda yüzlərlə Cibhətunnusrə terrorçusu məhv və həbs edilibdir.

Teqlər