Yəməndə yeni xəstəliklər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278638-yəməndə_yeni_xəstəliklər
Yeni xəstəliklərin yayılması ilə Yəməndə humanitar vəziyyət daha da ağırlaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2017 12:42 Asia/Baku
  • Yəməndə yeni xəstəliklər
    Yəməndə yeni xəstəliklər

Yeni xəstəliklərin yayılması ilə Yəməndə humanitar vəziyyət daha da ağırlaşıb.

PressTV-nin verdiyi məlumata görə, Yəmənin mühasirədə saxlanılması və davamlı olaraq Ərəbistan tərəfindən hücumlara məruz qalması bu ölkə xalqının acınacaqlı duruma düşməsinə səbəb olub. Artıq bir neçə aydır ki, Yəməndə vəba xəstəliyinin yayılması yüz minlərlə insanın həyatını təhdid edir. Belə bir şəraitdə Yəmənin səhiyyə mənbələri ölkədə yeni bir xstəliyin yayılmasından xəbər veriblər. Bu məlumata görə, Yəməndə miningit xəstəliyinə yoluxma üzrə bir neçə hal qeydə alınıb. Doğru olacağı təqdirdə bu məsələ Yəmən xalqının sağlamlığını təhdid edəcək yeni bir böhrana çevrilə bilər.

Yəmənin səhiyyə nazirinin müavini Nasir Ərcəli PressTV-yə verdiyi müsahibədə deyib: "Ərəbistan və müttəfiqlərinin Yəmənə qarşı amansız hücumları və bu ölkəni mühasirədə saxlamaları Yəməndə müxtəlif xəstəliklərin yayılmasına yol açıb. Dərman preparatlarının olmamasıisə vəziyyətin daha da ağrılaşmasına səbəb olub. İndi də "miningit" və "Denge qızdırması"  kimi xəstəliklərin yayılması haqda məlumatlar daxil olmağa başlayıb. Biz dünya ictimaiyyətindən bu böhran ilə mübarizə aparmaq və Yəmən xalqının ağrı və acılarını azaltmaq üçün ciddi addımlar atmasını gözləyirik."

BMT-nin humanitar məsələlər üzrə məsul şəxsi isə Yəməndə yaşanan böhranı bəşəriyyətin yaratdığı faciə adlandırıb və deyib: "Ərəbistan tərəfindən Yəmənin mühasirədə saxlanılması Ər-Riyad tərəfindən bir savaş taktikası olaraq istifadə edilir"

BMT rəsmisinin dediyinə görə,  "Ərəbistanın başçılıq etdiyi koalisiya BMT təyyarələrinin yanacaqla təmin edilməsinə imkan vermir. Bu da Yəmənə humanitar yardımların çatdırılmasını önləyir. Müharibənin tez bir zamanda dayandırılmayacağı təqdirdə Yəməndə vəziyyətin daha da ağırlaşacağı proqnoz edilir."

 

YUNİSEF-in Yəməndəki nümayəndəsi Merixtel Rilano Yəməndə yayılmaqda olan xəstəliklərin önlənilməsini vacib adlandırıb və bunun yalnız savaşın dayandırılması və sülhün bərqərar edilməsi ilə mümkün olduğunu bildirib: Əgər savaş durdurulmazsa və savaş tərəfləri arasında danışıqlar aparılmazsa, xəstəliklərin yayılması davam edəcək. Buna görə də, hazırda atılacaq ən mühüm addım müharibənin dayandırılmasıdır. Əks təqdirdə, səylərimiz heç bir nəticə verməyəcək."

 

Yəmən xalqı ölkədə yayılan öldürücü xəstəliklərə görə Ərəbistanın məsuliyyət daşıdığını bildirirlər.

Bir Yəmən vətəndaşı deyir: " Vəba və digər xəstəliklərin yayılması Ərəbistanın hər gün Yəmənə qarşı hücumlarda qadağan olunmuş silahlardan istifadə etməsinin nəticəsidir."

 

Ötən iki ayda BMT Yəməndə vəba xəstəliyinə yoluxma üzrə 400 min halın qeydə alındığını bildirib. Bu məlumata görə, indiyə kimi vəba xəstəliyinə yoluxma üzrə 2000 yəmənli həyatını itirib.