Rəqqənin cənub-şərqində onlarla terrorçu məhv edilib
Suriya ordusu Rəqqə vilayətinin cənub istiqamətində öz irəliləyişlərinin davamında onlarla İŞİD terrorçusunu öldürüb. Bu əməliyyatlar zamanı yüzlərlə terrorçu da yaralanıb.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu Rəqqə şəhərinin şərq hissəsi ilə Deyrəzzur vilayəti arasındakı səhralıq ərazidə İŞİD terrorçularının kökünü kəsmək məqsədi ilə geniş əməliyyatlara başlayıb. Və indiyə kimi bir sıra məntəqəyə nəzarəti təmin etməklə təqribən 60 km irəliləməi bacarıb.
Suriya ordusu son əməliyyatları zamanı Rəqqənin şərqində yerləşən Huveycə Şənan və Şəridə kəndlərini terrorçuların işğalından azad edib.
Suriyalı mənbələrin verdikləri məlumatlara əsasən Suriya ordsunun növbəti hədəfi Böyük və Kiçik Muğla habelə, Yuxarı Qanim kəndlərini terrorçuların işğalından azad etməkdir.
Suriya ordusu ötən 2 gündə Fərat çayının sahilində yerləşən 7 qəsəbəni terrorçuların işğalından azad edrək, Rabiə və Cəbilə kəndlərinə nəzarəti təmin edib. Bununla da İŞİD terrorçuları Fərat çayının cənub sahilində, 30 kilometrlik bir ərazidə mühasirəyə düşüblər.
Suriya ordsu və müttəfiq qüvvələrin bu məntəqədə həyata keçirdikləri əməliyyatlar zamanı onlarla terrorçu məhv edilib. Öldürülən terrorçular əsasən Tunis, Liviya, Mərakeş, Ərəbistan və Çeçenistan vətəndaşları olan xarici terrorçular olub.
Bu əməliyyatlar zamanı İŞİD terrorçularına məxsus zirehli texnika və hərbi təchizat da məhv edilib.