Avq 07, 2017 09:45 Asia/Baku
  • Suriya BMT-dən Amerikan koalisiyanın buraxılmasını istədi
    Suriya BMT-dən Amerikan koalisiyanın buraxılmasını istədi

Suriya Xarici İşlər Nazirliyi BMT-yə bir məktub ünvanlayaraq, ABŞ-ın başçılıq etdiyi qeyri-qanuni "Anti-İŞİD" koalisiyasının dərhal ləğv edilməsini və bu koalisiyanın Suriya xalqı cinayətlərinə son qoyulmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktubda bildirib: "Suriya bir daha ABŞ-ın başçılıq etdiyi koalisiyanın heç bir vəchlə əsaslandırılması mümkün olmayanI, müharibə cinayəti sayılan və bəşəriyyət əleyhinə yönəlmiş cinayətlərini qatı formada qınayır. ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən Rəqqə şəhərində yaşayış məntəqələrinin, evlərin və xəstəxanaların bombardman edilməsi və ağ fosfor bombalarından istifadənin edilməsi beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır. Bu koalisiya öz hərəkətləri ilə Rəqqə, Həsəkə, Hələb və Deyrəzzur vilayətlərində suriyalı mülkilərə qarşı cinayətlərinin yeni səhifəsini yazmış olur."

Suriya Xarici İşlər Nazirliyi daha sonra BMT-nin Təhlükəsizlik Şurasından beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə məsuliyyətinə və üzərinə düşən vəzifələrə əməl edərək, ölkələri terrorizm ilə mübarizə qətnamələrinə əməl etməyə məcbur etməsini istəyib. 

ABŞ-ın başçılıq etdiyi "Anti-İŞİD" koalisiyası şənbə günü bir daha Rəqqə şəhərində yaşayış məntəqələrini bombalayıb. Bu da 43 nəfərin ölməsi və yaralanmasına səbəb olub. Hadisə qurbanları əsasən qadınlar və uşaqlardır.

Teqlər