Avq 07, 2017 09:50 Asia/Baku
  • Livan Hizbullahı: İsrail rejimi terrorçuların Livanda məğlub olmasının başlıca uduzan tərəfidir
    Livan Hizbullahı: İsrail rejimi terrorçuların Livanda məğlub olmasının başlıca uduzan tərəfidir

Livan Hizbullahının Mərkəzi Şurasının üzvü İsraili terrorçuların Livanda məğlub olmasının əsas uduzan tərəfi adlandırıb.

Əl-Minar telekanalının məlumatına görə, Livan Hizbullahının Mərkəzi Şurasının üzvü Şeyx Nəbil Qavuq deyib: Sionist rejim Livanın Suriya ilə olan sərhədləri boyunca təhlükəsizlik kəmərinin yaradılmasında Ənnüsrə Cəbhəsti terrorçularına bel bağlamışdı. Amma, bu terrorçuların məğlub olması ilə sionist rejimin fitnəsi də iflasa uğradı.

Şeyx Nəbil Qavuq Livanın "Cərud Ərsal" məntəqəsində terrorçuların məğlub olması hadisəsində başlıca uduzan tərəfin İsrail rejimi olduğunu vurğulayaraq deyib: Livan ordusu və Hizbullah qüvvələrinin əməkdaşlığı ilə terrorçular qarşısında tarixi və strateji bir qələbə əldə ediləcək.

Livanın Ərsal  yüksəklikləri və Suriyanın qərbi Qələmun yüksəklikləri təqribən 3 il idi ki, Ənnüsrə Cəbhəsi terrorçularının işğalı altında idi. 21 iyul 2017-ci il tarixindən başlayaraq Livanın müqavimət qüvvələri bu əraziləri terrorçuların işğalından azad etməyə başlayaraq, bir neçə gün ərzində qələbəyə nail oldular.

Bu əməliyyatlar zamanı çoxlu sayda terrorçu öldürüldü, yaralandı və həbs edildi.

Teqlər