Avq 07, 2017 11:02 Asia/Baku
  • Ekspert: ABŞ Suriya müharibəsinin uzadılmasına çalışır
    Ekspert: ABŞ Suriya müharibəsinin uzadılmasına çalışır

Siyasi məsələlər üzrə bir analitik ABŞ-ın Suriyada sivil əhalini hədəfə almaqla bu ölkədə müharibənin uzanmasını istəyir.

Tanınmış analitik Məks İqn PressTV ilə müsahibədə deyib: Suriyada müharibənin başa çatması ABŞ-ın xeyrinə deyil. ABŞ Suriyada müharibənin davam etməsini istəyir. Müharibənin davam etdiyi müddət ərzində ABŞ üçün kimi bombaladığı önəmli deyil. Gördüyümüz kimi Suriyada ABŞ-ın bombardmanlarına məruz qalanlar sivil əhalidir. Amerikalılar Suriyada ağ fosfordan istifadə edirlər və terrorçuları hədəfə aldıqlarını iddia edirlər. Hər halda savaşda kimyəvi silahlardan istifadə qadağandır. Kimyəvi silahlardan istifadə edilməməlidir. Hətta, bu kimyəvi silahlardan terrorçulara qarşı istifadə edilmiş olsa belə terrorçular ilə qonşuluqda olan sivil əhali də bu kimyəvi silahdan zərər çəkmiş olacaq. Onlar bu işləri ilə regionu xaosa sürükləyirlər. Bu da müharibənin uzanmasına səbəb olur.

Teqlər