Şeyx Nəim Qasım: Hizbullah Ərsalı azad etməklə hamını rahatlatmış oldu
Livan Hizbullahı baş katibinin müavini Şeyx Nəim Qasım deyib: Terrorçular Bəqa məntəqəsi üçün real təhdid sayılırdılar. Amma, Hizbullah Ərsalın azad edilməsi əməliyyatı ilə hamını rahat etmiş oldu.
Şeyx Nəim Qasım Əl-Aləm kanalına verdiyi müsahibədə deyib: Təkfirçilər Cərid Ərsal məntəqəsində bütün tərəflər üçün real təhlükə sayılırdılar və didərginlər düşərgələri və Ərsal yüksəkliklərindən bomba quraşdırılmış avtomobillərin göndərilməsi üçün istifadə edirdilər.
Şeyx Nəim Qasım əlavə edib: Hizbullahın terrorçulara qarşı əməliyyatı bütün livanlıların rahat nəfəs almasına səbəb oldu.
O, daha sonra deyib: Hizbullah bu əməliyyat ilə Cərud Ərsal məntəqəsini 4 gün ərzində Ənnüsrə Cəbhəsti terror qruplaşmasının işğalından azad etdi. Suriya ordusunun əldə etdiyi uğurlar və irəliləyişlərə və terrorçuların üzləşdikləri ağır məğlubiyyətlərə rəğmən, bu böhranın yeganə həll yolu siyasidir. Amma, hal hazırda siyasi həll yolu gündəmdə durmur.
Şeyx Nəim Qasım sözlərinin davamında deyib: Bizim Suriyadakı qırmızı xəttimiz İsrailin istəklərinin bu ölkədə gerçəkləşməsidir. Biz, təkfirçiləri hədəfə almaq və Suriya hökumətinin kənarında yer almaqla İsrailin bu ölkə ilə bağlı istəklərinin gerçəkləşməsinə mane oluruq.