Səudiyyə Ərəbistanı İrana qarşı iddialarını təkrarlayır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278994-səudiyyə_Ərəbistanı_İrana_qarşı_iddialarını_təkrarlayır
Səudiyyə Ərəbistanının nazirlər kabineti İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrarlayıb və Tehranın beynəlxalq qanunlar və öhdəliklərini yerinə yetirmədiyini iddia edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2017 04:15 Asia/Baku
  • Səudiyyə Ərəbistanı İrana qarşı iddialarını təkrarlayır
    Səudiyyə Ərəbistanı İrana qarşı iddialarını təkrarlayır

Səudiyyə Ərəbistanının nazirlər kabineti İran İslam Respublikasına qarşı əsassız iddiaları təkrarlayıb və Tehranın beynəlxalq qanunlar və öhdəliklərini yerinə yetirmədiyini iddia edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının nazirlər kabineti dünən iddia edib ki, güya " İranın səudiyyənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna qarşı hücum barədə təhqiqatları əngəlləməsi, İranın beynəlxalq qanunlar və öhdəliklərinə və diplomatik mərkəzlərin ərazisinin toxunulmazlığı prinsipinə laqeyd yanaşdığını göstərir."

Səudiyyə Ərəbistanının nazirlər kabinetinin belə bir iddiasına baxmayaraq sözü gedən hadisədən sonra İran rəhbərliyi Tehran ostanının polis rəisinin təhlükəsizlik üzrə müavinini, Məşhəd şəhərində də bəzi təhlükəsizlik rəsmilərini vəzifədən kənarlaşdırdılar. Eyni zamanda bu hadisələri törədənlərdən ibarət onlarla adam həbs edildi və onlara cinayət işi açılaraq məhkəmə prossesi davam etdirilməkdədir. 

Səudiyə Ərəbistanının tanınmış şiə ruhanisi Şeyx Nimr Baqirəl-Nimrin 2016-cı il yanvarda edam edilməsindən sonra Tehranda Səudiyyə Ərəbistanının səfirliyi və Məşhəddə bu ölkənin konsulluğu  qarşısında etiraz aksiyası keçirildi və bəzi özbaşına adamların diplomatik binalara təcavüzü ilə yanaşı oldu. 

İİR XİN sözçüsü Bəhram Qasimi avqustun birində deyib: Səudiyyəli heyətin xüsusi uçuşu üçün ən qısa zamanda icazə verildi və bu heyət iyulun 30-da Tehrana gəlməli idi ancaq onlar lazımı hazırlıq əldə etmək üçün səfəri təxirə salmaq istədiklərini bildirdilər.