Avq 08, 2017 12:27 Asia/Baku
  • Küveytin əmirindən Səudiyyə Ərəbistanı və Misir başçılarına məktub
    Küveytin əmirindən Səudiyyə Ərəbistanı və Misir başçılarına məktub

Küveytin əmiri Qətər böhranının həlli istiqamətindəki səyləri çərçivəsində Səudiyyə Ərəbistanı kralı və Misir prezidentinə ayrı-ayrılıqda məktublar ünvanlayıb.

Küveynin xəbər agentliyi dünən Küveytin əmiri şeyx Səbah Əl-Əhməd Əl-Cabir Əssəbahın Səudiyyə Ərəbistanının karlı Salman Bin Əbdül-Əziz və Misir prezidenti Əbdül-Fəttah Əssisiyə ünvanladığı məktubların məzmununa toxunmadan bildirib ki, məktublar Küveytin xarici işlər naziri şeyx Səbah Əl-Xalid Əl-Əhməd Əssəbah vasitəsi ilə Səudiyyə Ərəbistanı və Misir rəhbərlərinə təqdim olunacaq. 

Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misir Qətərin terrorizmə dəstək verməsi bəhanəsi ilə iyunun beşindən bu ölkə ilə diplomatik əlaqələrini dayandırıblar və Qətərə quru, hava və dəniz sərhədlərini bağlayıblar. 

Küveytin Qətər böhranının həlli istiqamətində vasitəçilik səyləri indiyədək heç bir nəticə qazandırmayıb və bu böhran davam etməkdədir.

Teqlər