Avq 09, 2017 12:52 Asia/Baku
  • Fələstinlilərin həbsi artıb
    Fələstinlilərin həbsi artıb

Fələstinin hüquq orqanları fələstinlilərin sionist rejim tərəfindən həbs olunmalarının artmasından xəbər veriblər.

IRNA-nın məlumatına görə, Fələstinin hüquq orqanları dünən bildiriblər ki, 880 fələstinli iyul ayında sionist hərbçilər tərəfindən həbs edilibdir ki, onların 18-i qadın, 144-ü isə uşaqdır və onların əksər hissəsi Qüds sakinidir.

Bu fələstinli orqanlar vurğulayıblar ki, əksər həbslər Qüdsdə Məsciduləqsanın girəcəklərində elektron yoxlama-buraxılış postlarının yerləşdirilməsinə qarşı etirazlar zamanı baş verib.

Fələstinli orqanlar sonra bildiriblər: Sionist rejim məhbəslərindəki fələstinli əsirlərin sayı 6400 nəfərə çatır ki, onların 62-i qadın, təqribən 300 nəfəri isə qanuni yaşdan aşağı uşaqdır. 450 nəfər də ittihamı bildirilmədən qanunsuz şəkildə həbs olunub 12 nəfər isə Fələstin parlamentinin üzvüdür.

Sionistlər öz ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif məntəqələrinə basqın edərək, fələstinliləri həbs edirlər.

Teqlər