Əfqan hərbçilərlə döyüşdə onlarla talib öldürülüb
Əfqanıstanın Müdafiə Nazirliyi ötən sutka ərzində dövlət qüvvələrinin əməliyyatında 4 talibin öldürülməsi və 20 talibin də yaralanmasından xəbər verib.
IRIB-nin məlumatına görə, Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat bürosu belə qeyd edib: Ötən sutka ərzində Əfqanıstanın on üç vilayətində, o sıradan Nəngərhar, Kapitsa, Pəktiya, Pəktika, Qəzney, Qəndəhar, Zabol, Badğis, Fərah, Bəğlan, Faryab, Bədəxşan və Hilmənd vilayətlərində keçirilən əməliyyatlarda dörd talib öldürülüb, iyirmi talib isə yaralanıbdır.
İŞİD terror qrupunun iki üzvü də Əfqanıstanın şimal-şərqində yerləşən Konər vilayətində öldürülüb.
Bu əməliyyatlarda Talibanın və digər terror qruplarının on altı gizli məkanı əfqan qüvvələrin hava hücumları hədəfinə çevrilərək, məhv edilibdir.
Talibanın Əfqanıstanın mərkəzi, şimalı, cənubu və şərqindəki hücumlarının şiddətlənməsilə əfqan hərbçilər də taliblərin bu ölkənin müxtəlif məntəqələrindəki hərəkətlərini zərərsizləşdirmək üçün geniş tədbirlərə əl atıblar.
Son aylarda Əfqanıstanda təhlükəsizlik durumu daha da ağırlaşıb və dövlətlə müxalif silahlı qruplar və terror qrupları bu ölkənin təhlükəsizlik qüvvələrinə və hərbçilərinə qarşı savaşı şiddətləndiriblər.