Avq 10, 2017 11:56 Asia/Baku
  • Ali Səud rejimi Əvamiyə şəhərini viran edir
    Ali Səud rejimi Əvamiyə şəhərini viran edir

Ərəbistan ordusu ölkənin şərqində yerləşən Əvamiyə şəhərinin qədim və tarixi məntəqəsini xarabalığa çevirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Ali Səud hərbçilərinin 14 əsrdən çox tarixi olan Müsəvvərə məhəlləsinə hücum etməsinin ardınca, 20 mindən çox sakini öz evlərini tərk edərək, yaxın kəndlərə və ətraf məntəqələrə qaçmağa məcbur olub. 

Ərəbistan hərbçiləri onlarla evi dağıdaraq, 20 minə  yaxın şəhər sakinini öz evlərini tərk etməyə məcbur ediblər. Daha sonra Əvamiyə şəhərinin tarixi Müsəvvərə məhəlləsini dağıdaraq, xarabalığa çeviriblər. Ali Səud hərbçiləri Əvamiyə şəhərini 3 ay mühasirədə saxladıqdan və davamlı olaraq şəhəri ağır artilleriya hücumuna məruz qoyduqdan sonra, nəhayət şəhərə daxil olublar. Ərəbistan hərbçilərinin Müsəvvərə məhəlləsinə hücumları cari ilin mart ayından başlanmışdı. Müsəvvərə məhəlləsinin təqribən 8000 sakini var idi. Binaların üzərindəki güllə izlərindən silahlı toqquşmanın olmadığı və şəhərin sadəcə işğalçı qüvvələrin hücumuna məruz qaldığı aydınlaşır. Belə ki, güllə izləri sadəcə Ərəbistan hərbçilərinin şəhərə daxil olduğu istiqamətdə mövcuddur. Bu isə onlara qarşı hansısa silahlı müqavimətin göstərilmədiyinə dəlalət edir. Beynəlxalq analitiklər 4 ay öncə xəbərdarlıq edərək, bildirmişdilər ki, Müsəvvərə məhəlləsinin zərər çəkməsi Əvamiyə şəhərinin ümumi mədəni strukturuna ciddi zərər və ziyanlar vurmuş olacaq. 

Ərəbistan hərbçilərinin Müsəvvərə məhəlləsinə olan hücumlarında onlarla sivil sakin həlak olmuş və yaralanmışdı. Ərəbistanın təhlükəsizlik qüvvələri Əvamiyə şəhəri və Müsəvvərə məhəlləsinə necə girmələrinin görüntülərini yayımlayıblar. Onlar məscidlər və hüseyniyələrin divarları üzərinə yerli sakinlər əleyhinə təkfirçi şüarlar yazaraq, öz çirkin cinayətlərini şənlik ilə qeyd edirlər. Bununla da Ali Səud rejiminin bu şəhərə olan hücumla bağlı izlədiyi məqsədlər barədə ciddi suallar yaranmış olub.  

Teqlər