Suriya ordusu İŞİD-in hücumunu önlədi
-
Suriya ordusu İŞİD-in hücumunu önlədi
Suriya ordusu və müttəfiq qüvvələr İŞİD terror qruplaşmasının Hums vilayətində yerləşən Həmimə məntəqəsinə qarşı hücumunu geri oturdub. Bu əməliyyatda terrorçular böyük itki verərək, geri çəkilməyə məcbur olublar.
İRİB-nin verdiyi məlumata görə, Suriya ordusu və müttəfiq qüvvələr 16 İŞİD terrorçusunu öldürməklə yanaşı, terrorçulara məxsus 4 zirehli texnikanı da məhv ediblər. Bununla da terrorçular geri çəkilməli olublar.
Məlumata əsasən yüzlərlə İŞİD terrorçusu 30 zirehli texnika ilə Həmimə məntəqəsində ordu qüvvələrinin mövqelərinə hücum ediblər. Bu hücum zamanı terrorçuların ağır artilleriyası və raket bölməsi də ordu qüvvələrinin mövqelərini hədəfə almaqla, hücuma keçmiş terrorçulara dəstək verməyə çalışıblar. Buna baxmayaraq, Suriya ordusu və müttəfiq qüvvələr terrorçuların bu hücumunu önləyərək, onlara ağır zərbələr endiriblər.
Həmimə strateji baxımdan önəmli məntəqə sayılır.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ, Ərəbistan və müttəfiqləri tərəfindən himayə olunan terrorçuların geniş hücumu ilə başlanıb. Bu savaşda məqsəd Suriyanın qanuni prezidenti Bəşşar Əsədi devirməkdir.