Avq 10, 2017 18:16 Asia/Baku
  • Suriyanın Mənux şəhəri İŞİD-in işğalından azad edilib
    Suriyanın Mənux şəhəri İŞİD-in işğalından azad edilib

Suriya ordusu İŞİD terror qrupu ilə ağır döyüşdən sonra Hums vilayətinin şərqində yerləşən Mənux şəhərini azad edib.

Əlaləm telekanalının məlumatına görə, bu gün Suriya ordusunun Mənux şəhərində İŞİD terrorçuları ilə döyüşündə terrorçulara ağır xəsarətlər dəyibdir.

Suriya ordusunun Mənux şəhərinə yiyələnməsi Hums vilayətində İŞİD terrorçularının mühasirə halqasını daha da daraldacaqdır.

Belə bir halda, Suriyanın hava qüvvələri İŞİD terrorçularının İraq sərhədləri yaxınlığında yerləşən "Cəbəl Qərab" məntəqəsindəki mövqelərini hədəfə alıblar.

Livanın Əlməyadin telekanalı da xəbər veribdir ki, Suriya qırıcıları İŞİD-in Əlqələmunda yerləşən Əlzamarani keçidindəki mövqelərini hədəfə alıblar.

Digər tərəfdən, Suriyanın ordusu və silahlı qüvvələri Rəqqə şəhərinin ətrafındakı məntəqələrdə təhlükəsizlik və sabitliyin bərqərarına əsasən, bu məntəqələrin sakinlərindən istəyibdir ki, öz evlərinə geri dönsünlər.

Suriya ordusu və müqavimət qüvvələri həmçinin bu gün İordaniya ilə sərhəd zolağının təmizlənməsi əməliyyatının davamında Suyda vilayətinin cənub-şərqində iki qərargah və bazanı terrorçulardan təmizləməyə müvəffəq olublar.

Teqlər