Avq 11, 2017 15:49 Asia/Baku
  • Bomba partlayışında 30 taliban ölüb
    Bomba partlayışında 30 taliban ölüb

Əfqanıstanın qərbində Fərah vilayətinin icra hakimiyyətinini sözçüsü bomba partlayışında taliblərdən 30 nəfərinin ölümündən xəbər verib.

Əfqan səsi(AVA) xəbər agentliyinin verdiyi məlumata görə, Nasir Mehri deyib: Dünən taliblərin partlayıcı gödəkçələri hazırlayarkən baş verən partlayışda taliblərdən 30 nəfəri ölüb. Buna baxmayaraq taliblərdən ayırılmış Molla Rəsulun başçılıq etdiyi qrup partlayışın məsuliyyətini öz üzərinə götürüb. 

Bu qrup bir bəyanatda bildirib ki, partlayış onların adamlarının quraşdırdığı bombanın partlaması nəticəsində baş verib. 

Molla Rəsulun başçılıq etdiyi qrup taliblərin keçmiş başçısı Molla Ömərin ölümündən sonra bu qrupa Molla Əxtər Məhəmməd Mənsurun başçı təyin edilməsinə qarşı çıxdıqdan sonra yarandı. Bu qrup ilə taliblər arasında Fərah , Hərat, qəzney və Pəktika vilayətlərində şiddətli toqquşmalar da baş vermişdir. 

Teqlər