Liviya Milli Ordusu Dernanın azad edilməsi əməliyyatına başlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279360-liviya_milli_ordusu_dernanın_azad_edilməsi_əməliyyatına_başlayıb
"Liviya Milli Ordusu" adlanan qüvvələr ölkənin şimal şərqində yerləşən Derna sahil şəhərinin silahlı qrupların işğalından azad edilməsi əməliyyatına start verdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2017 11:53 Asia/Baku
  • Liviya Milli Ordusu Dernanın azad edilməsi əməliyyatına başlayıb
    Liviya Milli Ordusu Dernanın azad edilməsi əməliyyatına başlayıb

"Liviya Milli Ordusu" adlanan qüvvələr ölkənin şimal şərqində yerləşən Derna sahil şəhərinin silahlı qrupların işğalından azad edilməsi əməliyyatına start verdiyini bildirib.

Ənnəşrə portalının verdiyi məlumata görə,"Liviya Milli Ordusu" adlanan qüvvələr həmçinini bildiriblər ki, bu qüvvələr Derna şəhərini bütün istiqamətlərdən mühasirəyə alıblar və yaraqlılar çətin durumdadır. 

Derna şəhəri Benqazinin 200 kilometrliyində yerləşir və Liviyanın şimal şərqində ən ucqar şəhər hesab olunur. Derna Liviya ordusunun nəzarətində deyil və son 4 ildə İŞİD və Əl-Qaidə kimi terrorçu qrupların fəaliyyət mərkəzinə çevrilmişdir. 

2011-ci il NATO-nun müdaxiləsindən və keçmiş diktator Müəmmər Qəzzfinin devrilməsindən sonra Liviya sakitlik və təhlükəsizliyin üzünü görməmişdir.