İsrailin Qüdsdəki planları barədə xəbərdarlıq
Beynəlxalq müəssisələr İsrail rejiminin Qüdsü onun həqiqi sakinləri olan fələstinlilərdən boşaltmaq və bu şəhəri sionistləşdirmək planları barədə xəbərdarlıq ediblər.
Qüds xəbər agentliyinin verdiyi məlumata görə, İnsan haqları Gözətçiləri Təşkilatına görə, işğal olunmuş Qüdsdə minlərlə fələstinlinin yaşayış hüququnu ləğv etmək ikili standartlara sövkənən siyasət olmaqdan əlavə Qüds sakinləri üçün həyata keçirilməsi qeyri-mümkün olan şərtlərdir.
Bu qrumun BMT üçün hazırladığı hesabatda deyilir: 1967-ci ildə Qüdsün işğal olunmasından 2016-cı ilədək İsrail şərqi Qüdsdə ən azı 14 min 595 fələstinlinin yaşamaq haqqını ləğv edib və onları öz doğma şəhərlərini tərk etmək və məcburi olaraq köçməyə vadar edib.
İnsan haqları Gözətçiləri Təşkilatının hesabatına görə, bu beynəlxalq qanunlara qarşı təhlükəli təcavüzdür və 2020-ci ilədək Qüdsdə fələstinli sakinlərin sayının 12 faiz azalmasına yönəlmiş plandır.