Livanın şimal şərqində İŞİD terrorçularının mövqeləri bombalanıb
Avq 13, 2017 18:56 Asia/Baku
-
Livanın şimal şərqində İŞİD terrorçularının mövqeləri bombalanıb
Livan ordusu bildirib ki, İŞİD terrorçularının Livanın şimal şərqində Əl-Qa və Rəs Bəəlbək bölgəsindəki qərargahı hədəfə alınıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Livan ordusunda əməliyyata nəzarət bölməsi bu gün bildirib ki, Livan ordusunun ölkənin şimal şərqində Rəs Bəəlbək və Əl-Qa bölgələrinə qarşı əməliyyatında İŞİD terrorçularının qəragahlarından biri dağıdılıb və bütün terrorçular məhv edilib.
Öncə Livan ordusu həmin bölgələrdə İŞİD terrorçuları ilə təmas xəttinə əlavə qüvvələr göndərmişdi. Livan ordusu Rəs Bəəlbəki azad etmək üçün yekun əməliyyata hazırlaşır.