Allah Evində 21 xarici zəvvar dünyasını dəyişib
Avq 14, 2017 14:16 Asia/Baku
Ərəbistanın media mənbələri Beytullahulhəramın xarci zəvvarlarından 21 nəfərin dünyasını dəyişməsindən xəbər veriblər.
Əlaləm telekanalının məlumatına görə, Ərəbistanın rəsmi mediaları dünən bu xəbəri bu ölkənin pasportlar baş idarəsinin gündəlik statistikasına istinadən elan etsələr də, həmin şəxslərin ölümünün səbəbini bildirməkdən çəkiniblər.
Səud başçılarının həcc mərasiminin keçirilməsindəki tədbirsizlikləri indiyədək çoxlu sayda zəvvar və hacının həyatını əlindən alıb və Mina faciəsi onun bariz nümunələrindən biridir.
Ərəbistanda pasportlar baş idarəsinin bildirişinə əsasən, bu il zəvvarların 614 nəfəri hava, 8 min nəfəri quru, 487 nəfəri də dəniz yolları vasitəsilə Vəhy diyarına səfər edibdir.