Əlsəxnə təmizlənir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279724-Əlsəxnə_təmizlənir
Suriya ordusu və müqavimət cəbhəsi döyüşçülərinin strateji Əsləxnə şəhərinin şərq ətrafındakı əməliyyatı davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2017 10:12 Asia/Baku
  • Əlsəxnə təmizlənir
    Əlsəxnə təmizlənir

Suriya ordusu və müqavimət cəbhəsi döyüşçülərinin strateji Əsləxnə şəhərinin şərq ətrafındakı əməliyyatı davam edir.

Suriya ordusunun komandanlarından biri Hums ətrafında yerləşən Əlsəxnənin İŞİD ünsürlərindən təmizlənməsinə toxunaraq, bu ölkə qüvvələrinin sonrakı məqsədini Diyrəzzur adlandırıb.

Əlsəxnə İŞİD-in əsas qərargahlarından olan Diyrəzzur şəhərinin 110 kilometrliyində yerləşir. Əlsəxnə Diyrəzzurun darvazası və İŞİD-in Hums vilayətindəki sonuncu bazası sayılır. Əlsəxnə Həmah, Əlrəqqə və Diyrəzzura tərəf hərəkət üçün ən mühüm logistik baza hesab olunur. Bu mövqeyin önəmi ondadır ki, İŞİD-in Əlrəqqə və Diyrəzzurun ətrafı, eləcə də Həmah və Humsun ətrafı ilə əsas əlaqə yolunu kəsir.