Avq 14, 2017 14:51 Asia/Baku
  • "Səraya Əhlulşam" terrorçuları Ərsaldan Qələmuna köçürülüblər

"Səraya Əhlulşam" qrupunun silahlı ünsürlərinin və bəzi suriyalı mühacirlərin Livanın şərqindəki Ərsal məntəqəsindən Suriyanın Qərbi Qələməun məntəqəsinə köçürülməsi həyata keçirilib.

Yaraqlı şəxsləri Ərsaldan Livanın şərqindəki Səhlulrəhvə məntəqəsinə köçürən avtobuslar bu məntəqəyə çatıblar.

Qərar üzrə sayı təqribən 350 nəfər olan bu şəxslərin köçürülmə əməliyyatı iki gün bundan öncə həyata keçirilməli idi, lakin logistik problemlərə və onların köçürülməsi tərzinə görə, təxirə düşmüşdü.

Suriya azad ordusunun tabeliyində olan "Səraya Əhlulşam" qrupu bu ölkə dövlətilə müxalif qruplardan olaraq, Cibhətunnusrə terrorçularının kənarında Ərsal yüksəkliklərində yerləşmişdi, amma müqavimət qüvvələrinin bu məntəqədəki döyüşlərinin başlanması ilə atəşkəs istəyərək, öz qüvvələrini Ərsal yüksəkliklərindəki "Vadi Həmid" məntəqəsinə köçürdü.

Teqlər