Avq 14, 2017 15:53 Asia/Baku
  • Sionistlərin əl-Əqsa məscidinə yürüşü və fələstinlilərin etirazı
    Sionistlərin əl-Əqsa məscidinə yürüşü və fələstinlilərin etirazı

Bir qrup sionist işğalçı rejim ordusunun dəstəyi ilə əl-Əqsa məscidinə yürüş ediblər.

İRİB-in məlumatına görə, 70-dən çox sionist qəsəbə sakini işğalçı ordunun dəstəyi ilə şüarlar verərək və səs-küy salaraq əl-Əqsa məscidinə yürüş edib. Bu sionistlərin əl-Əqsa məscidinə yaxınlaşması ilə fələstinli namaz qılanlar və bu məscidin məsulları təkbir deyərək onlarla mübarizəyə qalxıblar. Fələstinlilər təkid ediblər ki, bu proqramlaşdırılmış yürüşlər yəhudilərin əl-Əqsa məscidinə girişinə zamanın təyin olunması və islam müqəddəslərinin tədrici şəkildə yəhudiləşdirilməsi istiqamətində həyata keçirilir.

Bir fələstinli deyib: Sionistlər dünya ictimaiyyətinə qəbul etdirmək istəyirlər ki, əl-Əqsa məscidinin idarə olunması onların əllərində olmalıdır. Bunun üçün gücdən istifadə edirlər. Əl-Əqsa məscidinin daim destabil olmasına çalışırlar.

Əl-Əqsa məscidinə elektron detektorların quraşdırılması üzrə sionistlərin gülünc şəkildə məğlubiyyətindən sonra, hazırda sionistlər bu məscidə yürüşdə qəsəbə sakinlərini dəstəkləmək və onları Qüds şəhərində islam atributlarına hörmətsizliyə təşviq etməklə bu məğlubiyyətin əvəzini çıxmaqdan əlavə, islam müqəddəslərinin yəhudiləşdirilməsi prosesini davam etdirməyə çalışırlar. 70 sionist qəsəbə sakininin əl-Əqsa məscidinə yürüşü də elə bu məqsədlə həyata keçirildi.

Başqa bir fələstinli deyib: Sionist rejim bilməlidir ki, əl-Əqsa məscidi sahibsiz deyil. Biz əl-Əqsa məscidinin taleyinə heç vaxt etinasız qalmayacağıq.

Əl-Əqsa məscidi Fələstin xalqının işğalçılar əleyhinə hərəkat mərkəzinə çevrilib. Hər zaman əl-Əqsa məscidinə yaxınlaşarlarsa, fələstinlilərin qiyam və etirazları da genişlənir.

 

Teqlər