Ərsalın şərq məntəqələri silahlı şəxslərdən boşaldılıb
-
Ərsalın şərq məntəqələri silahlı şəxslərdən boşaldılıb
Livanlı mənbələr silahlı qrupların Livanın Ərsal şəhərinin şərq məntəqələrindən çıxmaları və bu məntəqənin həmin qruplardan boşaldılmasından xəbər veriblər.
Mehr xəbər agentliyinin məlumatına görə, Əhlulşam batalyonlarının tabeliyində olan silahlı şəxsləri və onların ailələrini Ərsalın şərqindəki Əlməhali, Vadi Əhməd və Vadi Ələcərm məntəqələrindən Suriyanın Fəlitə məntəqəsinə tərəf daşıyan avtobuslar hərəkət ediblər.
Təqribən 350 silahlının və bəzi suriyalı mühacirlərin Livanın şərqindəki Ərsal yüksəkliklərindən Suriyanın Qərbi Qələməun məntəqəsinə köçürülməsi bazar günündən başlanıb.
Suriya azad ordusunun tabeliyində olan "Səraya Əhlulşam" qrupunun üzvləri bu ölkə dövlətilə müxalif qruplardan olaraq, Cibhətunnusrə terrorçularının kənarında Ərsal yüksəkliklərində yerləşmişdi, amma müqavimət qüvvələrinin bu məntəqədəki döyüşlərinin başlanması ilə atəşkəs istəyərək, öz qüvvələrini Ərsal yüksəkliklərindəki "Vadi Həmid" məntəqəsinə köçürdülər.
Bundan öncə də müqavimət qüvvələrinin Livanın Ərsal məntəqəsində qələbə çalması ilə Cibhətunnusrə terrorçuları Livanın "Vadi Həmid" məntəqəsindən Suriyanın İdlib vilayətinə köçürülmüşdülər.