Bəhreyndə daha bir ruhani həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279764-bəhreyndə_daha_bir_ruhani_həbs_olunub
Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn alimlərinə irimiqyaslı hücumlarınınd avamında bu ölkənin daha bir şiə ruhanisini həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2017 04:16 Asia/Baku
  • Bəhreyndə daha bir ruhani həbs olunub
    Bəhreyndə daha bir ruhani həbs olunub

Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn alimlərinə irimiqyaslı hücumlarınınd avamında bu ölkənin daha bir şiə ruhanisini həbs ediblər.

Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Ali-Xəlifə rejimi hərbçiləri Əd-Duraz məhəlləsində tanınmış nüfuzlu ruyhani Şeyx İsa Qasimin müdafiəsi üzrə keçirilən aksiyada iştirak etmək ittihamı ilə 6 ay həbsə məhkum olan Bəhreynin şiə xətiblərindən Şeyx Hani Bəsirəni həbs ediblər. 

Ali-Xəlifə rejimi məhkəməsi 2017-ci il 21 mayda Şeyx İsa Qasimi çirkli pulların yuyulması və bu rejimə qarşı çıxdığına görə, vətəndaşlığını ləğv edərək bir il təxirə salınmış həbs və 265 min dollar ödəməyə məhkum edib. 

Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələrinin Əd-Durazda Şeyx İsa Qasimi dəstəkləyənlərə hücumlarında bir neçə nəfər həlak olub, onlarla nəfər yaralanıb və yüzlərlə nəfər də saxlanılıb.