İŞİD-çilər öz başçılarından beşini edam ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279814-İŞİd_çilər_öz_başçılarından_beşini_edam_ediblər
İŞİD terror qrupu İraqın Ələnbar vilayətinin Ənnə şəhərində öz başçılarından beşini edam edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2017 10:19 Asia/Baku
  • İŞİD-çilər öz başçılarından beşini edam ediblər
    İŞİD-çilər öz başçılarından beşini edam ediblər

İŞİD terror qrupu İraqın Ələnbar vilayətinin Ənnə şəhərində öz başçılarından beşini edam edibdir.

Əlaləm telekanalının məlumatına görə, Ələnbarda köçəri tayfalar üzrə səfərbər qüvvələrin komandanlarından olan Qutri Əlubeydi bu gün Əlsuməriyyə telekanalına belə deyib: Bu beş "İŞİD-çi başçı" iraqlı qüvvələrin hücumları qarşısında süstlük və acizlik ittihamı ilə edam olunub.

İraq ordusunun yeddinci bölməsinin qüvvələri, eləcə də "Ada" əməliyyatının komandoslar diviziyası və köçəri tayfalar üzrə səfərbər qüvvələr bir neçə gün bundan öncə önləyici bir əməliyyatda İŞİD-çilərə hücum edərək, onların azı otuz nəfərini öldürüb və ya yaralayıblar.

Təqribən iki həftə bundan öncə də Ərrəmadinin cənubunda 40 İŞİD-çinin cəsədi basdırılmış kütləvi bir qəbir aşkar edildi.