Əfqanıstanda bir kütləvi qəbir aşkarlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279890-Əfqanıstanda_bir_kütləvi_qəbir_aşkarlanıb
Əfqanıstanın Sərepol valisinin sözçüsü bu vilayətin "Mirza Uləng" məntəqəsində kütləvi qəbirlərin aşkarlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 09:30 Asia/Baku
  • Əfqanıstanda bir kütləvi qəbir aşkarlanıb

Əfqanıstanın Sərepol valisinin sözçüsü bu vilayətin "Mirza Uləng" məntəqəsində kütləvi qəbirlərin aşkarlanmasından xəbər verib.

Əfqanıstanın Sərepol valisinin sözçüsü Zəbiullah Əmani bildirib ki, Taliban ilə İŞİD-in sövdələşməsi nəticəsində "Mirza Uləng" məntəqəsində qətli-am edilmiş 42 hərbçi və mülkinin cəsədlərinə şamil olan üç kütləvi qəbir dünən aşkar edilibdir.

Bu cəsədlər arasında başları kəsilmiş çoxlu sayda uşaq və qadın vardır.

Taliban və İŞİD-in ötən həftənin əvvəllərində Əfqanıstanın Sərepol vilayətinin Səyyad rayonunun "Mirza Uləng" məntəqəsinə qarşı birgə hücumunda uşaq və qadınlardan ibarət altmışdan çox şiə faciəli şəkildə qətli-am edilmişdi.

Əfqanıstanın ordu qüvvələri srağagün "Mirza Uləng" məntəqəsində Talibana qarşı geniş əməliyyatda bu məntəqəni həmin qrupun əlindən aldılar.