Səud rejimi Əvamiyyədəki Əlməsurə məhəlləsini tam şəkildə dağıdıb
Ali-Səud rejiminin başçıları bildiriblər ki, şiə sakinli Əvamiyyə şəhərində yerləşən Əlməsurə məhəlləsi tam şəkildə məhv edilib.
Ərəbistanın Əlşərqiyyə vilayətinin ictimai və media əlaqələri idarəsinin baş müdiri Muhəmməd bin Əbduləziz Əlsufian bu gün bir bəyanatda bildirib ki, Əvamiyyə şəhərində yerləşən Əlməsurə məhəlləsindəki bütün 488 ev tam şəkildə dağıdılıbdır.
Əbduləziz Əlsufian iddia edib: Əlməsurə məhəlləsinin dağıdılmasında məqsəd, məntəqənin ikiillik inkişaf və abadlıq layihələrinin icrası olubdur.
Belə bir halda, Əvamiyyə məntəqəsinin şiələri bu addımı bu məntəqənin şiələrinə qarşı ədalətsizlik, zülm və ayrı-seçkiliyin davam etməsi istiqamətində bilirlər.
Əvamiyyənin mərkəzində yerləşən Əlməsurə tarixi məhəlləsi səud hərbçilərinin hücumları hədəfidir və indiyədək onun sakinlərindən azı on beş nəfər bu hücumlarda ölübdür. Faktlar deyir ki, Ərəbistan ordusu Əvamiyyədə şiələri yatırmaq üçün və mülkilərə qarşı zirehli avtomobillər daxil olmaqla ağır silah və təchizatlardan istifadə edibdir.
Ali-Səud icbari köç ilə Ərəbistanın şərqindəki şiə sakinli məntəqələrin şəhər və demoqrafik quruluşunu dəyişməyə çalışır.
Ərəbistanın şərqi sərvətin ədalətsiz bölünməsinə və ədalətsizliyə etiraz olaraq, 2011-ci ildən Ali-Səud rejiminə qarşı etirazlar səhnəsidir.