Avq 16, 2017 17:36 Asia/Baku
  • Livanın şərq yüksəkliklərinin azad edilməsi əməliyyatı başlanıb

Livanın şərq yüksəkliklərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı bu gün səhər başlanıb.

Livan ordusu Rəəsulbəəlbək yüksəkliklərində yerləşən Mərahulşeyx, Xabitulsəğir, Tələtulxinzir və Şəmis Xəzəl məntəqələrinin azad edilməsindən sonra bu gün səhər İŞİD-in bu ölkənin şərq yüksəkliklərindəki mövqelərini ağır raket və artilleriya hücumlarına məruz qoyubdur.

Livanın şərq yüksəkliklərinin bəzi hissələri üç ilə yaxındır ki, İŞİD-in işğalındadır.

Bu əməliyyat elə bir halda başlanıbdır ki, "Curud Ərsal" məntəqəsi də Cibhətunnusrə ünsürlərindən təmizlənibdir.

Təqribən üç il İŞİD və Cibhətunnusrə terrorçu-təkfirçi qruplarının işğalı altında olmuş Suriyanın "Qərbi Əlqələmun" və Livanın Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı 2017-ci il iyulun 21-də başlandı və nəhayət Livanın müqavimət qüvvələri Cibhətunnusrə-nin işğalında olan əraziləri azad edə bildilər.

Teqlər