Bəhreyndə aksiya və toqquşma
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279944-bəhreyndə_aksiya_və_toqquşma
Bəhreynin müxtəlif məntəqələrinin minlərlə sakini bu ölkənin İngiltərənin protektoratından istiqlaliyyət əldə etməsinin ildönümü günündə aksiya keçirərək, Ali-Xəlifə rejiminin bu ölkədəki hakimiyyətinə son qoyulmasını tələb edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 16, 2017 14:39 Asia/Baku
  • Bəhreyndə aksiya və toqquşma

Bəhreynin müxtəlif məntəqələrinin minlərlə sakini bu ölkənin İngiltərənin protektoratından istiqlaliyyət əldə etməsinin ildönümü günündə aksiya keçirərək, Ali-Xəlifə rejiminin bu ölkədəki hakimiyyətinə son qoyulmasını tələb edibdir.

Aksiyaçılar vurğulayıblar ki, İngiltərənin Bəhreyndəki hava bazasının yenidən açılması Ali-Xəlifə rejiminin Bəhreynin bir daha İngiltərəyə satılmasına meylli olmasının nişanəsidir.

Xəbərlərə görə, Sitrə məntəqəsindəki aksiyaçılar Ali-Xəlifə rejiminin qüvvələrilə toqquşublar və polis atəşdən və gözyaşardıcı qazdan istifadə edərək, bir neçə bəhreynlini yaralayıbdır. 

Avqustun 15-i, Bəhreynin İngiltərənin protektoratından istiqlaliyyət əldə etməsinin ildönümü günüdür.

İngiltərə daim Ali-Xəlifə rejiminin xeyrinə olaraq, Bəhreyn xalqına qarşı müdaxilə edib və bir çox müqavilələr bağlayaraq, özünün bu ölkədəki iştirakı zəminini gücləndiribdir.