Yəmən xalqı ABŞ-a qarşı nifrət ifadə edib
-
Yəmən xalqı ABŞ-a qarşı nifrət ifadə edib
Yəmənlilər Sənada iki heykəl yerləşdirib, onların üzərində müraciətlər yazaraq, Amerikanın Yəməndə törətdiyi cinayətlərə öz etirazlarını bildiriblər.
Yəmən xalqı Ameikadakı azadlıq heykəli formasında qana bulaşmış iki heykəli Sənanın Əltəhrir və Babulyəmən meydanlarında yerləşdirib. Onların üzərində bunlar yazılıbdır: Amerika Yəmən xalqını qırır.
Yəmən İnqilabı Ali Komitəsinin sədri Muhəmməd Əli Husi Sənada keçirilən "Amerika Yəmən xalqını qırır" adlı xalq mərasimində deyib: Yəmən xalqı yaxşı bilir ki, Amerika onun qətli-amında və Yəmənin viran edilməsində rol oynayır və bu ölkəyə qarşı savaşın dayandırılmasına mane olur.
Ərəbistanın Amerikanın himayəsi ilə törətdiyi müharibə 12 mindən çox yəmənlinin ölümü, on minlərlə yəmənlinin yaralanması və milyonlarla yəmənlinin də didərgin düşməsilə nəticələnibdir.