Suriya ordusu irəliləməkdədir
Homs vilayətinin şimal və şimal şərq istiqamətinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatı davam etməkdədir.
Suriyanın Şərqi Badiyəsinin təmizlənməsi. Homs vilayəti İŞİD terrorçularının əlindən tam xilas olmaq ərəfəsindədir. Bu vilayətin şimal-şərqində irəliləyiş və Hmeymim bölgəsinin nəzarətə götürülməsi.
Suriyalı hərbçi deyib: İŞİD-çilərin bizimlə qarşılaşmaq yolları yoxdur. Sadəcə kamikadze hücumlarına ümid edirlər, lakin biz onların avtomobillərini müəyyənləşdirərək məhv etməkdəyik.
Homs vilayətinin şimalında da ordu və müqavimət qüvvələri Səxnəni azad etdikdən sonra bu şəhərin şimal-qərbində təkfirçiləri geri otuzdurmağı davam etdirməklə və Riqqə vilayətinin cənub-şərqində irəliləməklə 8 min kvadrat kilometr ərazidə İŞİD terrorçularını mühasirə etməkdədirlər.
Başqa bir suriyalı hərbçi deyib: Suriya ordusu və müqavimət qüvvələrinin Riqqə vilayətinin cənub-şərqindən Homs vilayətinin şimal-qərbinə qədər İŞİD təkfirçilərinin tam mühasirəyə alınması üçün sadəcə 26 kilometr məsafəsi vardır.
Şərqi Badiyənin müxtəlif bölgələrində terrorçuların dəstək və tədarük əlaqə yollarının kəsilməsi ordu və müttəfiq qüvvələrin Deyruz-Zura çatmasını daha da sürətləndirəcəkdir.