Suriya ABŞ-ın hücumları haqda TŞ-yə etiraz etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280044-suriya_abŞ_ın_hücumları_haqda_tŞ_yə_etiraz_etdi
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın Suriyada sivillərə hücumlarının davam etməsi ilə, bu ölkənin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına və bu təşkilatın baş katibinə ünvanladığı məktubda bu hücumlarla bağlı etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2017 16:49 Asia/Baku
  • Suriya ABŞ-ın hücumları haqda TŞ-yə etiraz etdi
    Suriya ABŞ-ın hücumları haqda TŞ-yə etiraz etdi

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın Suriyada sivillərə hücumlarının davam etməsi ilə, bu ölkənin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına və bu təşkilatın baş katibinə ünvanladığı məktubda bu hücumlarla bağlı etiraz edib.

SANA-nın məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiyanın çərşənbə günü Riqqə vilayətinə hücumlarında əksəriyyətini uşaq və qadınlar təşkil edən 17 sivil həlak olub, onlarla nəfər də yaralanıb.

8 avqustda da "İŞİD əleyhinə Beynəlxalq Koalisiya"nın Riqqə şəhərinin yaşayış massivlərinə hücumunda onlarla sivil həlak olmuş və yaralanmışdı. Məlumatlara görə, bu koalisiya Riqqə şəhərinə hücumlarında qadağan olunmuş silahlardan istifadə edib.