İŞİD Rəfəhdə terror aktının məsuliyyətini üzərinə götürdü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280050-İŞİd_rəfəhdə_terror_aktının_məsuliyyətini_üzərinə_götürdü
İŞİD terror qruplaşması Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın komandanlarından birinin şəhid olması ilə nəticələnən Qəzzə zolağı ilə Misir sərhədində Rəfəh keçidindəki terror aktının məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2017 04:04 Asia/Baku
  • İŞİD Rəfəhdə terror aktının məsuliyyətini üzərinə götürdü
    İŞİD Rəfəhdə terror aktının məsuliyyətini üzərinə götürdü

İŞİD terror qruplaşması Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın komandanlarından birinin şəhid olması ilə nəticələnən Qəzzə zolağı ilə Misir sərhədində Rəfəh keçidindəki terror aktının məsuliyyətini üzərinə götürüb.

Ötən gecə bir terrorçu Misir sərhədi yaxınlığında Rəfəhdə yoxlama-keçid məntəqəsində üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə İzəddin Qəssam batalyonlarının komandanlarından biri Nəzal əl-Cəfəri şəhid olub və bir neçə nəfər də yaralanıb. 

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İŞİD-in Misirdəki qolu cümə axşamı gecə bir bəyanatda Rəfəh keçidindəki terror aktının məsuliyyətini üzərinə götürərək bildirib: Bu əməliyyatı Mustafa Kilab həyata keçirib. O Sina səhrasında İŞİD sıralarına qoşulmaq niyyətində idi. 

Qəzzə zolağı bir dekadadn artıqdır ki, sionist rejimin mühasirəsi altındadır. Rəfəh keçidi də Qəzzə əhalisinin kənarla yeganə əlaqə yoludur. Və o da bir çox hallarda bağlıdır. Misir sionist rejimin məqsədləri çərçivəsində fələstinlilərə təzyiq göstərmək məqsədilə Rəfəh sərhəd keçidini həmişə bağlı saxlayır.