Avq 18, 2017 16:52 Asia/Baku
  • Riqqənin cənubunda 4 qaz yatağı azad olunub

Bir hərbi rəsmi Suriya ordusunun irəlilədiyini və Riqqənin cənub ətrafında bir neçə qaz yatağını İŞİD terrorçularından azad etdiyini xəbər verib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, bir hərbi rəsmi bildirib: Suriya və müttəfiq qüvvələrin əməliyyatının davamında Riqqənin cənub ətrafında Toynan, əl-Əkrəm, Qərbul-Hüseyn və əl-Qədir qaz yataqları İŞİD terrorçularının işğaçlından azad edilib. 

Suriya qüvvələrinin əməliyyatında İŞİD terrorçularının mövqeləri atəşə tutulub və nəticədə çoxlu sayda terrorçu məhv olub. 

Suriya ordusu qüvvələri öz irəliləmələrinin davamında Əsərya-Toynan-əl-Kərim şosesinin 13-cü kilometrliyini və bir neçə yüksəliyə nəzarəti ələ keçirib. 

Suriya ordusu ötən gün də Əsəryanın şimal-şərqində Bəlas yüksəklikləri və əl-Səvanə kəndini terrorçulardan təmizləyib. 

Digər tərəfdən ABŞ-ın dəstəklədiyi Suriya Kürd Demokrat Qüvvələrin sözçüsü Təllal Silu Röyters informasiya agentliyi ilə müsahibədə ABŞ-ın Suriyadakı strateji mənafeyini etiraf edib və deyib: ABŞ Suriyanın şimal bölgələri kürdləri ilə anlaşmalar əldə edəcək. ABŞ-ın başçılıq etdiyi "Beynəlxalq Koalisiya" Suriyanın şimal bölgələri, o cümlədən Kubani şəhəri yaxınlığında hərbi hava bazasında qüvvələrini yerləşdirib və Suriya Demokratik Qüvvələrini dəstəkləyir. 

 

Teqlər