Avq 18, 2017 19:14 Asia/Baku
  • Əfqanıstanda Talibanın 56 üzvü və yerli bir komandanı ölüb

Əfqanıstan təhlükəsizlik qüvvələri Pektiya və Helmənd vilayətlərində keçirdikləri hava və quru əməliyyatlarda azı 56 Talibançını öldürüblər.

Əfqanın Səsi İnformasiya Agentliyinin məlumatına görə, Əfqanıstan Milli Müdafiə Nazirliyi bildirib: Təhlükəsizlik qüvvələrinin Pektiya vilayətinin Qomel rayonu ətrafında keçirdiyi əməliyyatda Talibanın yerli komandanı və 56 üzvü öldürülüb. 

Həmçinin məlumata görə, Əfqanıstan təhlükəsizlik qüvvələri Helmənd vilayətinin Nave rayonunda quru və hava hücumlarında azı 20 Taliban üzvünü öldürüb və yaralayıb. 

Məlumatlı dairələrin bildirdiyinə əsasən, Talibanın Helmənd, Qəndəhar və Əruzqan vilayətləri müharibə üzrə komandan müavini Üsamə Ağa Məhəmməd yaralanıb və həbs olunub. 

Əfqanıstanın cənubunda Helmənd, Qəndəhar və Əruzqan, cənub-şərqdə Pektiya son vaxtlar Talibanın hücumlarına məruz qalıb. Bundan sonra isə əfqan qüvvələrin bu qruplaşmanın mövqelərinə hücumları artıb. 

Teqlər