Suriya və Livan müqaviməti İŞİD-in mövqelərinə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280274-suriya_və_livan_müqaviməti_İŞİd_in_mövqelərinə_hücum_ediblər
Suriya və Livan müqavimətinin artileriya bölmələri qərbi Qələmun bölgəsində İŞİD terrorçularının yerləşdikləri əraziləri hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2017 05:24 Asia/Baku
  • Suriya və Livan müqaviməti İŞİD-in mövqelərinə hücum ediblər
    Suriya və Livan müqaviməti İŞİD-in mövqelərinə hücum ediblər

Suriya və Livan müqavimətinin artileriya bölmələri qərbi Qələmun bölgəsində İŞİD terrorçularının yerləşdikləri əraziləri hədəfə alıblar.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Suriya ordusu və Livan müqavimət qüvvələri bu hücumda bir neçə terrorçunu məhv edib yaxud yaralayıblar. 

Suriya ordusunun hərbi təyyarələri də qərbi Qələmun bölgəsində Mira, Mərtəbiyyə və Ərumiyyat ərazilərində İŞİD terrorçularının bazalarını bombardıman ediblər. 

Livan ordusunun sözçüsü Fadi Əbu-Eyd bir bəyanat yayaraq bildirib: Livan ordusu altı bölgəyə nəzarəti bərpa edərək İŞİD terrorçularının tabeliyində olan `11 mərkəzi məhv edib. 

Fadi Əbu-Eyd deyib: Suriya sərhədi yaxınlığında yerləşən fəcrəl-Cərud əməliyyatının ilk günündə Livan ordusunun 10 hərbçisi yaralanıb, 20 İŞİD terrorçusu isə ölüb.