Avq 20, 2017 20:12 Asia/Baku
  • Livanın şərqində İŞİD-in işğalında olan məntəqələrin 30 faizi azad edilib
    Livanın şərqində İŞİD-in işğalında olan məntəqələrin 30 faizi azad edilib

Livanın ordu qüvvələri bu ölkənin şərqində İŞİD terrorçularına qarşı döyüşdə İŞİD-in işğalında olan məntəqələrin 30 faizini azad edə biliblər.

Livan ordusunun İŞİD terrorçularına qarşı döyüşünün ikinci günündə bu ordu bu gün səhərdən terrorçulara qarşı hücumlara başlayıb və onların Rəəsulbəəlbək yüksəkliklərində yerləşən "Vadi Əltinə", "Vadi Mira" və "Vadi Mərtəbiya" məntəqələrindəki mövqelərini artilleriya və raket hücumlarına məruz qoyubdur.

Livanın ordu qüvvələri "Xərbə Davud" və "Xərbə Əltinə" məntəqələrini azad və "Vadi Əlxəşn" məntəqəsinə doğru hərəkət ediblər.

Livanın milli xəbər agentliyi də bildiribdir ki, Rəəsulbəəlbək yüksəkliklərində mina partlayışı nəticəsində üç livanlı hərbçi həyatını itirib.

Livanın şərqində yerləşən Rəəsulbəəlbək və Əlqa yüksəklikləri təqribən üç ildir ki, İŞİD-in işğalındadır.

Teqlər