Avq 21, 2017 10:15 Asia/Baku
  • Suriyada 50 İŞİD-çi təslim olub
    Suriyada 50 İŞİD-çi təslim olub

Suriyanın qərbi Qələmun bölgəsinin Cəracir ərazisində təkfirçi-sionist İŞİD qrupunun 50 silahlı üzvü ailələri ilə birlikdə, Suriya ordusu və Livan Hizbullahı qüvvələrinə təslim olublar.

Əl-Minar telekanalının verdiyi məlumata görə, təslim olunan İŞİD-çilər arasında Zəmrani bölgəsinin şəriət məsələləri üzrə məsul şəxsi Əhməd Vəhid Əbd də var. 

Təslim olunan İŞİD-çilər digər silahlıları da təslim olmağa, döyüşləri tərk etməyə çağırıblar. 

Müqavimət döyüşçülərindən biri təslim olmuş silahlılardan birinə xitabən deyib: Su içmisən? Yemək yemisən? Sənin ailən bizim ailəmiz, sənin abrın bizim abrımızdır. Biz namuslara əl uzatmırıq.

Başqa silahlı şəxs deyib: Cəracir bölgəsinin sakiniyəm. 

Başqası deyib: Suriya ordusu və müqavimət qüvvələrinə təslim oldum. 

Əhməd Vəhid Əbd də deyib: Mən Cəracir bölgəsinin sakiniyəm, hər kəs öz məsləhətini nəzərə alır, məncə hər kəs öz bölgəsinə qayıtsın. 

Teqlər